“Gülnarənin əxlaqsızlıq məqsədilə Dubaya getdiyini eşitdik”

“Gülnarənin əxlaqsızlıq məqsədilə Dubaya getdiyini eşitdik”


“İşinizi saxlamayın, sizinlə işim var”,-dedim. Silikon dodaqları sudan çıxmış balıq ağzı kimi açılıb-yumuludu: “Tamam ganım...” (“C” hərfini “g” kimi tələffüz edirdi. Yəqin fahişəliyinin coğrafiyasını genişləndirib, mavilərdən yeni intonasiya əxz edib,-deyə düşündüm.) İşini yekunlaşdırdı və mənə yaxınlaşdı”


“Qafqazinfo” bu dəfə qadın rubrikasında Xuraman Hüseynzadənin yazısını təqdim edir.

Elə insanlar var ki, cəmiyyət onları bilmərrə qəbul etmir. Homoseksuallar, hermofroditlər, fahişələr və s. cəmiyyət tərəfindən tam təcrid edilmiş kəsimdir. Bu, tendensiya əgər Avropada da varsa, demək ki, miqdarından asılı olaraq namus məsələsi həmişə və hər yerdə var və bu, qorunur. İnsanların oynanılması mümkün olmayan hissidir namus...

Çox əvvəllər Markesi oxuyanda bilmişdim ki, biz nə qədər Avropaya intqerasiya məsələsini sürətləndirsək də bu kontekstdən kənara çıxa bilməyəcəyik-Avropanın namus məsələsinə münasibəti “Anxela”nın namusu üstündə məhv olan bir ailənin fasiəsi idi...

Qeyri-ixtiyari təcrid olunmuşlar haqda növbəti yazılarda fikirlərimi bölüşəcəm. Hələlik gəlin, bilərəkdən və ya taleyin oynadığı oyunlarda əsas fiqurlara çevrilən insanlardan-fahişələrdən danışaq.

***

Biz onların ayağından dartıb get-gedə daha dərin bataqlıqlara çəkərik, amma qollarından qaldırıb xilas etmərik; onların səmimiliyinə, göz yaşlarına inanmarıq-olsa olsa, “timsahın göz yaşları”na bənzədib keçərik və bu göz yaşlarını silməyi ağlımızdan belə keçirmərik; düz yol göstərmək üçün barmağımızı əks istiqamətə tuşlamarıq, amma az qala gözlərini tökmək üçün silaha çevirə bilərik həmin barmağımızı... Hüqo, cəmiyyət tərəfindən atılmışları-cinayətkarları, fahişələri və s. həmişə müdafiə etdiyini deyirdi. Nə qədər savab qazanıb! Ola bilsin, düşünürük ki, onlar ziyanverici həşəratlar kimi zərərlidir və heç vaxt bəzəkli kəpənəklərə çevrilməyəcəklər-bir növ əxlaqsızlıqlarını genlə bağlayırıq... O aspektdən yanaşıb da onları xilas etməyi düşünmürük. Bəlkə də haqlıyıq-düzəlməyəcəklərini bilirik, bəlkə də “adama bir fahişə xilas edək” şüarı ilə yaşaya bilərik. Bunu düşünmərik amma. Bir nüansa da diqqət yetirməliyik: nə qədər ailələr fahişələrin üzündən dağılır... Cəmiyyətlərin bəlası-fahişələrin...

***

Sayğıdəyər oxucular, yeri gəlmişkən nəzərinizə çatdırım ki, yazdığım bütün hadisələr həyatda baş verib. Qəhrəmanların adlarına kimi dəqiqliklə yazıram. Oxucunu aldatmaq olmaz-hər həyat hekayəsi həm də bir insan taleyidir və bunu hər hansı bir şəkildə redaktə etməyi sizə və özümə hörmətsizlik kimi qəbul edərəm. İraq olsun... Keçək mətləbə.

Biz əvvəl Əhmədlidə Tağıyev adına kombinatın yanında yaşamışıq. Evimizdən bir az kənarda bir gözəllik salonu vardı. Həmin salonda Gülnarə adlı bir qadın işləyirdi. Saç ustası idi. Orta boylu, bir az dolu bədənli Gülnarə ərindən boşanmışdı. İki oğlu vardı. O ətrafda kirayədə yaşayırdı. Biz ordan köçməyə az qalmış (6-7 il öncə) Gülnarənin əxlaqsızlıq məqsədilə Türkiyəyə, Dubaya gedib-gəldiyini eşitdik. O zaman bu, çox pis qarşılandığı üçün işlədiyi salona gələn müştərilər ondan gen gəzməyə başladılar. Anlayacağınız, müştərilər azaldı və qadın şəhərin başqa yerinə köçməli oldu.

Gülnarə vulqar geyinirdi. Yaşına və görkəminə yaraşmayan dar, zər-zibalı şalvarları, ifrat açıq-saçıq koftaları, hündürdaban ayaqqabıları, silikon dodaqları kompakt halda ətrafdakllarda ikrah hissi yaradırdı. Küçə ilə gedəndə maşınlar saxlayar, söz atardılar. Bir dəfə anamla onun yanına getmişdik. Etiraf edim ki, saç ustası kimi çox bacarıqlı idi. Daimi müştərilərinə endirim edirdi. Və biz də Gülnarənin “endirim kartından” istifadə edən müştərilərindən idik. Salonda tək idi. Anam “planka”nı qaldırdı və onun taleyi ilə maraqlandı. Qadın-qadına söhbət etdilər. Həqiqətən də Türkiyəyə, BƏƏ-yə gedib-gəldiyini dedi. Dolana bilmədiyindən gileyləndi. Anam bu zaman heç unutmadığım dəxli olmayan bir sual verdi: “Niyə gedib xadiməlik eləmirsən, başqa salonlarda da işləmirsən, rayonlarda pambıq yığıb, alaq vurub pul qazanmırsan? Gərək elə pis yola düşəsən?” Yaxşıdı ki, anama ağır söz demədi. Və əksinə, komforta alışdığından, uşaqlarını əziyyətsiz böyütdüyündən ağızdolusu danışdı. Söhbət uzandı və Türkiyədə necə pul qazandığından söz açdı. Evə gəldim, danışdığı hadisəni olduğu kimi qələmə aldım. Həmin şeiri indi oxuyacaqsınız. Səbrli olun...

***

Gülnarəni “Qadın” rubrikasında görmək üçün axtarışa başladım. Həmin salona getdim. Çoxdan getmişdi ordan. Getdiyi salonun ünvanını verdilər. O salondan da getmişdi. Beləcə, daha iki salon gəzəndən sonra mikrorayonların birində tapdım. İçəri girdim. Gülə-gülə gənc bir xanımın saçını kəsirdi. “Gülnarə xanım”,-dedim. Dönüb baxdı. Tanımadı. Amma mən onu həmən tanıdım. Bir az kökəlmişdi. Üzünün botoksunun, biopolimerinin arxasından yenə saxta təbəssümü göründü: “Buyurun”,-dedi. Adımı dedim. Onu hansı salondan tanıdığımı xatırlatdım. Tanıdı. Əl saxladı. “İşinizi saxlamayın, sizinlə işim var”,-dedim. Silikon dodaqları sudan çıxmış balıq ağzı kimi açılıb-yumuludu: “Tamam ganım...” (“C” hərfini “g” kimi tələffüz edirdi. Yəqin fahişəliyinin coğrafiyasını genişləndirib, mavilərdən yeni intonasiya əxz edib,-deyə düşündüm.) İşini yekunlaşdırdı və mənə yaxınlaşdı. Hal-əhval tutdu, anamı soruşdu, mən də oğlanlarını soruşdum. Biri hərbi xidmətdə imiş, o biri də haralardasa... Yəni harda olduğunu bilmirdi. Yavaşca məqsədimi anlatdım. Salonda başqa bir xanım da vardı. Danışaq,-dedi,-özümüzünküdü və əlavə etdi: “No problem.” Telefonumun diktofonunu hazırladım. Söhbətimizi olduğu kimi yazıram:

-Mən sənin haqqında sayt üçün yazmaq istəyirdim.

-Sayt nədi, internet?

-Hə. (Saytlar, onların funksiyası haqda qısa məlumat verirəm.)

-Şəkilimi də verəcəksən?

-Yox.

-Niyə vermirsən? Ver şəkilimi də, gözlə bir dəqiqə. (Çantasından bir fotosunu çıxarır.) Bax, nə gözəl düşmüşəm! Ver şəkilimi, bəlkə bir pullu kişi çıxdı. Ha-ha-ha! (İlahi, güləndə necə idbar görsənirdi!)

-Ehtiyac yoxdu. Oğlanların var. Olmaz.

-Nə oğlan? Oğlan axşam məndən pul istəyəcək e, “mal”a verib damarına doldurmağa. (Durub bir siqaret yandırır və mənə də təklif edir, istəmədiyimi bildirirəm.)

-Neyləyirsiniz, həyatınız, güzəranınız necə keçir?

zad, hamısını öyrənmişəm. Müştərilər də var.

-O tərəflərə gedirsiz?

-Türkiyə, Dubay?

-Hə.

-Yox. Türkiyədən məni “deport” elədilər, daha getmirəm. Dubayda da bir ərəb tacir döydürdü məni. Ona görə daha ora da getmirəm.

-Mən o vaxt sizə bir şeir yazmışdım.

-Doğrudan? Hanı?

Çantamdan A4 çap vərəğinə yazdığım şeiri çıxarıb verirəm ona. Və adını şeirdə “Gülbuta” kimi yazdığımı bildiriəm.Bir az hündürdən oxuyur:

Bu da sonuncu gün...

Xəyali təqvimində

sonuncu günün üstündən

iki xətt çəkir,

divar kağızlarının

solğun naxışlarını,

balışının altındakı pulları

son dəfə sayır Gülbuta,

az qalıb arzularına çata...

Uzanıb “çörək ağacı”nın üstündə-

bu qəbirəoxşar çarpayıda da

son gecə uyuyacaq.

Gələndə 20 qutu kapron kolqotka

almışdı.

Heç yana çıxmadığı üçün

burdan ala bilməyəcəkdi.

Kolqotkası da sonuncu idi,

süzülsə neyləyəcəkdi?

Uzanıb Gülbuta

xəyala gedib,

xəyalən gedib

doğma, indisə ona yad kəndinə.

Gələndə qaynaq etdirdiyi

sarı, uzun saçları

dağılıb üzünə,

donub romantika

onun buz baxışlarında...

Leonardo do Vinçinin

Barmaqları quruyar

Indi burda olsa...

Kəndə çatan kimi

əvvəlcə ərzaq dükanına olan

borclarını ödəyəcək,

sonra

təzə paltarlar alacaq,

evini yüngülvari təmir etdirəcək-

qızı ad gününə

sinif yoldaşlarını çağıra biləcək daha.

Daha əri də

nisyə siqaret almaq üçün

onu Məhərrəmin dükanına

göndərməyəcək.

Pulu çatsa

5-6 damazlıq qoyun da alacaq hələ.

Gələndə özü kimi adı da dəyişmişdi...

O, bior kənd gözəli idi

Başı yaylıqlı,

uzun yubkalı,

üzündə abır-həya...

Sonuncu dəfə döyüldü qapı:

“Gülya!”

Sonuncu dəfə bu səsdən ürəyi əsdi,

vücudu titrədi,

az qaldı kəsilə nəfəsi...

“Mərhaba, hanım əfəndi!”-

Sonuncu dəfə eşitdi bu səsi...

ülya obrazında.

Pərdələr endi

mental dəyərlərimizin

önünə...

Bir az susur...

-Leonardo do Vinçi kimdi? Mənim o adda tanışım yoxdu axı.

-Rəssamdı.

-Burda-barmağını sözün üstünə qoyur-“mental” sözündə “n” artıq gedib, bunu silərsən. Gərək adımı düz yazaydın. Bəlkə oxuyub bir sahib çıxan olardı.

“Mental” sözünü izah etməli oluram. Şeiri qaytarıb özümə verir. Bir daha oxumaq istəmədiyini bildirir. Mənsə indi necə həyat yaşadığını təkrar soruşuram.

-Bilirsən, Xuraman, kişilərə nifrət edirəm (siqaretini külqabıya basıb söndürür), ürəyim həmişə boş olub. Bir gündə 7-8 kişi ilə yatmışam, fərqlilik hiss eləməmişəm. Bağışla məni, işlərini görüb, pulumu verib, gediblər. Bir də nə vaxtsa yadlarına düşmüşəmsə axtarıblar. Mənimlə içmək, yataqda olmaq onlar üçün xoşdu. Mən aktrisayam elə bil. İçim qan ağlayıb, üzüm gülüb. Kişilər get-gedə videolara baxa-baxa lap pozulublar. Pul verirlər deyə, ürəkləri nə istəsə onu da eləyirlər. Belimdə kart oynayırlar, siqaret söndürürlər. Dəfələrlə döyülmüşəm. Elələri var ki, qadınla yatandan sonra onu döyməkdən ləzzət alırlar. Belə.

-Ola bilməz ki, həyatınızda bir nəfər olsun, bəlkə normal ailə qurarsınız onunla, hamı kimi həyat yaşayarsınız, heç bu cür döyülməzsiniz də...

-Hardaydı elə fərli kişi?

-Siz bu cür münasibət qurursuz deyə, hamı sizə o gözlə baxır. Özünüzü başqa cür tanıdasız bəlkə...

-O guya mənə axıb-baxacaq ki? Bir tikə çörək verəcək, ya verməyəcək, başlayacaq ki, ora getmə, bura getmə. Yooo, mənlik deyil, elə yaşaya bilmərəm.

-Oğlanlarınız niyə işləmir?

-Biri getdi qoşuldu “mavi”lərə. Baş açdım yalvardım, ayıra bilmədim. Biri də avaradı.

-“Mavi”ləri hardan tapdı?

-Qara yola, qara saata, mənim bir Hamoşum vardı. Adı Hamletiydi. “Mavi”ydi dəə. O, bizə gəlib-gedirdi, onda tanış oldular. İfritə əclaf (Hamoşu lənətləyir), İlqarı da apardı qoşdu özlərinə.

-Hamletlə necə tanış olmuşduz, sirr deyilsə.

-Yox, nə sirr?! Bir “lez” qızım vardı, o gətirmişdi.

Başım ağrıdı. Qısa pauza verib düşündüm: Gülnarə artıq cəmiyyətin qəbul etmədiyi kəsimə aid idi. Və heç cür bu yoldan dönmək fikri yoxdu. Ona belə xoş idi-kişilər, içki məclisləri, homoseksuallar, lesbiyanlar, “mavi”lər... Bu qadın həyatı çiyinlərinin üstündəki başı ilə qavramırdı, sinəsindəki ürəyi ilə hiss etmirdi, üzr istəyirəm, insanlardan gizlədilməli olan əzaları ilə dərk edirdi... Onunçün həyatın özü çılpaq idi; kişilərə nifrətinin hardan qaynaqlandığını belə dərk etmirdi; niyə döyülürdü-bunu da düşünə bilmirdi; normal yaşayış tərzi onunçün həyatın anormal yaşayış tərzi hesab olunurdu...

-Gülnarə xanım, həyatınızdakı kişilərdən heç yaxşı cəhətinə görə yadınızda qalan olub?

-Hə, olub. Biri vardı, ailəli idi. O məni bir az yığışdırmışdı. Yəni çox “ora-bura” getmirdim də. Elə-belə... Arada... Çox yaxşı adam idi. Nə istəyirdim, alırdı, gətirirdi. Uşaqlarıma öz övladı kimi qayğı göstərirdi. Bir gün arvadı ona yazdığım mesajları oxumuşdu. Mənə zəng elədi. Hədələdi-elədi. Gördüm, əl çəkmir, uzaqlaşdım.

-Bu cür çox qadın hədələyib sizi?

-Yox, adətən kişilər özləri məni axtarır. Elə kişi var, gecə həyatı yaşayır, ona gecələr zəng eləmək lazımdı, eləsi də var, gecə evində, ailəsinin yanında olur. Ona görə də, elə özləri zəng eləyirlər. Qadınların qarğışını eşitməkdən zəhləm gedir.

-Sizcə, ailələrə bu cür söz-söhbət salmaq düzgündür? Heç bilirsiniz nə qədər ailələr sizin kimi qadınların ucbatından dağılır? İyrənmirsiniz hər qarşınıza çıxanla yatmaqdan?

-Sən ailəli olanda ərinə zəng eləmərəm, okey. Ha-ha-ha... (Yenə üzünün ifadəsi iyrənc görkəm alır.) Yox, ay qız, adam da kişidən iyrənər? (Yenə ürəkdən gülür.) Elə anlar olur ki, kor oldu, ya şikəst, heç nə adamın gözünə görünmür. Əsas odu pul versinlər ey, pul. (Baş barmağı ilə şəhadət barmağını bir-birinə sürtüb pul işarəsinin konfiqurasiyasını yaradır.) Mani-mani. (Və yenə ürəkdən gülür.)

Gülümsünürəm... Zatən başqa yolum yoxdu. Daha söz tapmıram danışmağa. Sükutu özü pozur:

-Çay, kofe, nə istəyirsən? Saçını “ukladka” eləyim?

-Yox, Gülnarə xanım. Heç nə lazım deyil. Təşəkkür edirəm. Mən yavaş-yavaş mürəxxəs olum...

-Getmə də, otur, bir az dərdləşək. Ürəyim doludu e!

-Getməliyəm. Və bir daha təşəkkür edib çıxmaq istəyirəm.

Məni arxadan səsləyir:

-Xuraman... Yazı harda çıxacaq?

-Xəbər edəcəm.

-O şeiri ver də mənə.

-Tamam. Buyurun.

Bayaq geri qaytardığı şeir yazılan kağızı alıb diqqətlə baxır. Gözləri dolur... O gözlərin bəlkə də haçansa məsum olduğuna özümü inandırıb salonu tərk edirəm...

Qafqazinfo dle
Reklam
BU XƏBƏRƏ FACEBOOK-DA ŞƏRH YAZ
ZİYARETÇİ YORUMLARI
ojlpzuypoof 11 iyun 2013 16:58
vAxJEl <a href="http://pqzomvjvijab.com/">pqzomvjvijab</a>
  [spam]Спам[/spam]        4
David 5 iyun 2013 18:02
free christian danitg sites I acquired more interesting things on this fat loss issue. One issue is that good nutrition is tremendously vital whenever dieting. A big reduction in junk food, sugary meals, fried foods, sugary foods, red meat, and bright flour products might be nece
  [spam]Спам[/spam]        3
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.