"Yaponçik"in Bakıda öldürülməsinə imkan verilməyib !

"Yaponçik"in Bakıda öldürülməsinə imkan verilməyib !


Məşhur kriminal avtoritet, "Yaponçik" ləqəbli Vyaçeslav İvankova qarşı 3 il öncə həyata keçirilmiş sui-qəsdlə bağlı maraqlı fakt ortaya çıxıb. Etibarlı mənbələrdən "Vətəninfo.az"a daxil olan məlumata görə, "Yaponçik"in Bakıda öldürülməsi planlaşdırılırmış. Məqsəd isə onun ölümü üzərindən, Rusiyanın bir neçə məsələ ilə bağlı Azərbaycana təziqini artırmaq olub. Lakin bu çirkin planın qarşısı son anda Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən alınıb. Belə ki, ölümündən 3 gün öncə Yaponçik ölkəmizə gəlməyi və “qanuni oğru”, kriminal aləmdə xüsusi nüfuza malik olan ”Masallı Mamed"in (Məmməd Hüseynov) dəfnində iştirak etmək istəyirmiş. Onun ölkəmizdə öldürüləcəyini bilən Azərbaycan tərəfi buna imkan verməyib.

Qeyd edəki, "Yaponçik" 2009-cu il iyulun 28-də sui-qəsdə məruz qalmışdı. Naməlum snayper onu qarnından güllələmişdi. O, xəstəxanada dünyasını dəyişmişdi. dle
Reklam
BU XƏBƏRƏ FACEBOOK-DA ŞƏRH YAZ
ZİYARETÇİ YORUMLARI
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.