Azərbaycanın XXX Yay Olimpiya oyunlarında qazandığı medallar

Azərbaycanın XXX Yay Olimpiya oyunlarında qazandığı medallarMübarizəyə birbaşa 1/8 finaldan başlayan Toğrul Əsgərov startda almaniyalı Tim Şlyayheri mübarizədən kənarlaşdırmalıydı. O, bu vəzifənin öhdəsindən möhtəşəm qələbə ilə gəlib. Belə ki, ilk hissəni 2:0 hesabla qalib gələn güləşçimiz ikinci yarıda 7:1 üstün olub və 1/4 finala vəsiqəni təmin edib. Yarımfinala vəsiqə qazanmaq yolunda rəqib yaponiyalı Keniçi Yumoto olub. Toğrul birinci yarını 1:0 üstünlüklə başa vurub. İkinci hissədə heç-heçə (2:2) qeydə alınsa da, Əsgərov ümumi nəticədə qalib gələrək, yarımfinala çıxıb. Həlledici oyuna vəsiqə uğrunda Toğrul ABŞ-dan Koleman Skottla üz-üzə gəlib. İlk yarıda təmsilçimiz qalib gəlib - 1:0. İkinci hissədə də eyni uğuru təkrarlayan Əsgərov Olimpiadanın finalına yüksəlib.

Toğrul Əsgərovun finaldakı rəqibi rusiyalı Besik Kuduxov idi. 1-ci raundda rəqibini 1:0 hesabi ilə məğlub edən Toğrul ikinci raundda 5:0 hesabla qalib gələrək qızıl medala sahib olur.

Azərbaycanın XXX Yay Olimpiya oyunlarında qazandığı medallarŞərif Şərifov 1/8 finaldan başlayıb və ilk görüşünü Türkiyə təmsilçisi İbrahim Bölükbaşına qarşı keçirib. İlk hissədə 3:1 qalib gələn dünya çempionumuz ikinci yarıda da qardaş ölkə təmsilçisinə heç bir şans verməyib - 5:3. Beləcə, Şərifov 1/4 finala adlayıb. Bu mərhələdəki rəqib isə ABŞ təmsilçisi Ceyk Herbert idi. Güləşçimiz amerikalı rəqibini birinci hissədə 4:1 hesabıyla üstələyib. İkinci yarıda da güclü olan Şərif 3:0 hesabı ilə yarımfinala çıxıb. Yarımfinalda isə Şərifov İran güləşçisi Naser Ləşgəri ilə qarşılaşıb. Bu görüşün ilk yarısından təmsilçimiz qalib ayrılıb - 1:0. Amma ikinci yarıda iranlı 2:0 üstün olub. Belədə, hər şeyə üçüncü hissədə aydınlıq gəlib. 2:1qalib gələn Şərifov da finala çıxıb.

Şərifovun finaldakı rəqibi Puerto-Rikadan Xayme Espinaldı. Şərif Şərifov finalda ilk raundda rəqibini 6:1 hesabla məğlub edir. 2-ci raundda da rəqibini 2:0 məğlub edərək olimpiya çempionu olur.


Azərbaycanın XXX Yay Olimpiya oyunlarında qazandığı medallar


Azərbaycanın XXX Yay Olimpiya oyunlarında qazandığı medallar.

1. Valentin Xristov (ağırlıqqaldırma) - bürünc

2. Rövşən Bayramov (güləş) - gümüş

3. Emin Əhmədov (güləş) - bürünc

4. Mariya Stadnik (güləş) - gümüş

5. Yuliya Ratkeviç (güləş) - bürünc

6. Teymur Məmmədov (boks) - bürünc

7. Məhəmmədrəsul Məcidov (boks) - bürünc

8. Toğrul Əsgərov (güləş) - qızıl

9. Şərif Şərifov (güləş) - qızıl



dle
Reklam
BU XƏBƏRƏ FACEBOOK-DA ŞƏRH YAZ
ZİYARETÇİ YORUMLARI
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.