Azərbaycanlı müğənni "Odnoklassniki"nin qurbanı oldu

Azərbaycanlı müğənni "Odnoklassniki"nin qurbanı oldu


"Həyasızlığın bu həddini görməmişdim..."
Milli.Az xəbər verir ki, populyar estrada müğənnisi Günel Ələkbərova Rusiyanın məşhur "Odnoklassniki" sosial şəbəkəsindən şikayətçidir. Saytımıza açıqlama verən Günel ona edilmiş xoş olmayan sürpriz haqqında bunları söylədi:

"Hər şey bu sosial şəbəkədən istifadə edən bir neçə dostumun mənə etdiyi şikayətdən sonra başladı. Hansısa bir qız mənim şəkillərimi yerləşdirib Günel Ələkbərova profili altında özü üçün yeni tanışlıqlar qurur.

Adımdan kimlərlə tanış olduğunu bilməsəm də, elə də adamlar olub ki, onlara mobil nömrəmi də yazmaqdan çəkinməyib. Həyasızlığın bu həddini görməmişdim. Bu sözləri oxuyanlar bilsinlər o, mən deyiləm. Üzləşdiyim virtual problemi necə həll etməyin yollarını axtarıram.

Özüm həll edə bilməsəm, düşünmədən hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. İcazə verə bilmərəm ki, kimsə adımdan öz mənfur məqsədləri üçün yararlansın". dle
Reklam
BU XƏBƏRƏ FACEBOOK-DA ŞƏRH YAZ
ZİYARETÇİ YORUMLARI
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.