Bulvarda öpüşməyə icazə verilir!

Bulvarda öpüşməyə icazə verilir!


Oxucu fikri:

Öpüşmək nə vaxtdan balaca uşağın tərbiyəsini pozur? Heç rüşvətxor müəllimə, yalançı mollaya, işverən adamlara deyən yoxdu insanların əxlaqını pozursuz. Yapışmısız gic-gic öpüşməkdən. Guya şəhərdə heç kim öpüşməsə hamı dönüb super-mədəni, əxlaqlı olacaq? Ac toyuq yuxusunda darı görər deyirlər. Bizim millətin heç vaxt mədəniyyəti olmayıb, olmayacaqda. Bu öpüşmək söhbəti sadəcə çürük bəhanədi

Yazıçı-publisist Əli Əkbər:

Azərbaycanda küçədə və digər yerlərdə öpüşmək problem deyil, lakin öpüşmək pulladır. Öpüşməyə pul kəsən isə polislərdir.
Bakıda sevgililərin getdiyi əsas yerlər bulvar, Dağüstü Park, ümumiyyətlə, bütün şəhəriçi məkanlardır. Lakin bu yerlər hər zaman polis işçiləri tərəfindən nəzarətdə saxlanılır. “İctimai aşayişi” qoruduqlarını deyən polislər öpüşən cütlüklərdən 10 manatdan 50 manata, bəzən də daha çox pul alır. Pul verməyənlərə isə “bölməyə aparılacağı, qızların isə valideynlərinə şikayət ediləcəyi” deyilir.

Azadqadin.az saytı redaktoru Aynur Qurbanqızı

Biz az qəribə gəlsə də, özüm bunu heç vaxt etməyi arzulamasam da, kimsəyə məsləhət görməsəm də, amma öpüşənləri də şiddətlə qınamıram. Və onların cərimələnməyinin də əleyhinəyəm. Qaldı, uşaqların tərbiyəsi və mentalitət məsələsinə, bütün günü televizorda, internetdə uşaqların görmədiyi, bilmədiyi heçnə qalmayıb. Bu qədər mentalitet düşünəndirlər, başqalarını qınamaqdansa "təmizliyə" əvvəlcə öz evlərinin içərisindən başlasınlar. Bulvarda öpüşən görəndə isə, gözlərini marıtlayıb baxmaqdansa, sadəcə üzlərini çevirib, başlarını aşağı salıb yollarına davam etsinlər. Yəni məsələni bu qədər böyütməyə dəyməz.

P.S. Qaldı öpüşənlərə, siz də öz huqunuzu bilin və polis sizdən qeyri-rəsmi pul tələb edərkən bu icazənin olması ilə bağlı məlumatları onlara çatdırın. Hər bir vətəndaş öz huququnu bilməlidir



Bəs sizin fikirləriniz... dle
Reklam
BU XƏBƏRƏ FACEBOOK-DA ŞƏRH YAZ
ZİYARETÇİ YORUMLARI
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.