Safura Əlizadə Natiq Əliyevin oğlu ilə evlənir

Safura Əlizadə Natiq Əliyevin oğlu ilə evlənir


“Eurovision” təmsilçimiz nazir gəlini olacaq

Azərbaycanın daha bir “Eurovision” təmsilçisi ailə həyatı qurmağa hazırlaşır. “Qafqazinfo”ya daxil olan eksklüziv məlumata görə ölkəmizi “Eurovision-2010” təmsilçisi Safura Əlizadə yaxın günlərdə ailə quracaq. Məlumatda bildirilir ki, o, Sənaye və Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə nikaha girəcək.

Qeyd edək ki, Natiq Əliyevin oğlu Safura Əlizadəyə qədər evli olub.

O, onun yoldaşı da məşhur Axundov soy adına mənsub ailədən olub.

Onu da xatırladaq ki, bir müddət əvvəl digər “Eurovision” təmsilçimiz Aysel Teymurzadə də ailə həyatı qurmuşdu. O, Filarmoniyanın direktoru Murad Adıgözəlzadə ilə evlənmişdi. Maraqlıdır ki, A. Teymurzadənin də həyat yoldaşı ikinci dəfə ailə həyatı qururdu. dle
Reklam
BU XƏBƏRƏ FACEBOOK-DA ŞƏRH YAZ
ZİYARETÇİ YORUMLARI
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.