ŞOK!AŞPA Ramil Səfərovu həbsxanaya qaytarmağa çağırıb

ŞOK!AŞPA Ramil Səfərovu həbsxanaya qaytarmağa çağırıb

Ramil Səfərov Heç Yana Getməyəcək


Jan Klod Minyon hərbiçinin azad edilməsini “qəbuledilməz” adlandırıb

AŞPA-ın sədri Jan Klod Minyon azərbaycanlı zabit Ramil Səfərovun əfv olunması ilə əlaqadar Ermənistan və Azərbaycan arasında münasibətlərin pisləşməsindən narahatdır. Modern.az xəbər verir ki, bu barədə Minyon rəsmi bəyanatında bildirib. Minyon qeyd edib ki, “Səfərovun törətdiyi dəhşətli cinayətin təqdir olunmasını pisləyən beynəlxalq rəylərlə həmrəydir”.

AŞPA rəhbəri Ramil Səfərovun azad olunmasını “qəbuledilməz” adlandırıb. O vurğulayıb ki, “Bu qalmaqallı azadetmə Azərbaycan və Ermənistan arasında onsuz da gərgin olan münasibətlərdə çox mənfi nəticələrə səbəb olacaq”.

Minyon qeyd edib ki, yaranmış situasiya “regionda sabitliyin pozulmasına doğru aparır”.

“Mən Azərbaycan hakimiyyətini öz mövqeyinə yenidən baxmağa, Avropa Şurasının standartlarına uyğun mövqe tutmağa çağırıram”-deyə AŞPA rəhbəri bildirib.
dle
Reklam
BU XƏBƏRƏ FACEBOOK-DA ŞƏRH YAZ
ZİYARETÇİ YORUMLARI
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.