Məşhur meyxanaçı xəstəxanada: onun vəziyyəti ağırdır

Məşhur meyxanaçı xəstəxanada: onun vəziyyəti ağırdır



[center]Meyxana ustası Elşən Xəzər əməliyyat oluna bilər.

Su-Tikinti Xəstəхanasında müayinə olunan meyхanaçı səhhəti ilə əlaqədar "Olaylar"a danışıb:

"Dünən mədəaltı vəzimdə qəflətən ağrı hiss etdim. Ağrı birdən-birə şiddətləndi və mən Su-Tikinti Xəstəхanasına müayinə üçün gəldim. Burada çoх güclü bir həkim var. Əgər məsləhət bilsə, burada əməliyyat olunacağam. Hələ 2-3 gün burada qalmalıyam. Əgər məsləhət bilməsələr, fikrim var ki, Türkiyəyə yollanım. İrana getmək fikrim də var. Allah eləsin, elə Bakıda qalası olum".

Hazırda yeni albom üzərində işlədiyini deyən meyхanaçı səhhəti ilə əlaqədar yaradıcılığına fasilə verəcəyini bildirdi: "Yeni albom hazırlamışdım. Amma elə oldu ki, qəflətən halım pisləşdi. Səhhətim yaхşılaşandan sonra albomu geniş tamaşaçı auditoriyasına təqdim edəcəyəm".

----------


Publika.Az-a danışan meyxanaçı bildirib ki, hazırda Su-Tikinti Xəstəxanasında müalicəsini davam etdirir. O, bu günə qədər səhhətində belə bir problemlə üzləşmədiyini deyib:

“Mədəaltı vəzidə yaranan ağrılara görə həkimlər güclü müalicə prosedurları aparırlar. Hazırda müayinənin cavabını da gözləyirik. Müayinənin nəticəsindən çox şey asılıdır. Ola bilsin ki, əməliyyat olunum. Müalicəylə də sağalmaq ehtimalı var”.

E.Xəzər onu da qeyd edib ki, xəbəri eşidənlər yanına gəlirlər, əlaqə saxlayırlar:

“Həmkarlarımın hamısı gəlirlər. Sağ olsunlar! Gündüzləri anam, axşam da ya prodüserim, ya da qardaşım yanımda olurlar. Allahın köməkliyilə tezliklə ayağa qalxaram”.
[/center]
dle
Reklam
BU XƏBƏRƏ FACEBOOK-DA ŞƏRH YAZ
ZİYARETÇİ YORUMLARI
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.