ŞOK:Nazirliklərimiz işə qəbul zamanı bakirəlik arayışı tələb edir !

ŞOK:Nazirliklərimiz işə qəbul zamanı bakirəlik arayışı tələb edir !


“60 yaşlı qadından bunu tələb etmək gülməlidir”

Siz işə düzəlmək üçün müraciət etmisinizsə və ya artıq işləyirsinizsə, ya da... sürücülük vəsiqəsi almaq niyyətindəsinizsə, ən ağlagəlməz, (ən) absurd sənədlərin siyahısı tələbi ilə qarşılaşa bilərsiniz. Bu siyahıya nənənizin birinci ərinin pasportunun surətindən tutmuş, babanızın qeyri-qanuni arvadlarından olan uşaqlarının doğum haqqında şəhadətnaməsinədək... hər şey daxil ola bilər. İşə düzəlmək istəyirsinizsə və ya iş yerinizi itirmək istəmirsinizsə, ya da... sürücülük vəsiqəsi almaq istəyirsinizsə, “tələbnamə”yə boyun əyməyə məcbursunuz. Bəzən elə bir sənəd tələb edilə bilər ki, özünüzü təhqir olunmuş, alçalmış, sarsılmış hiss edə bilərsiniz. Bu halda ən yaxşı yol ya işlə bağlı müraciət ərizəsini geri götürmək, ya da işdən azad olunmaq barədə ərizə verməkdir. Ya da ən yaxşı halda, sürücülük vəsiqəsi almaq arzusundan imtina edin. Velosiped sürün...

Sadaladığımız bu məsələlərin proseduru zamanı sizdən bakirə və ya impotent olub-olmadığınız haqda arayış istənilərsə, nə edərdiniz?

Zarafat etmirik!

Bu günlərdə redaksiyamıza müraciət edən gənc bir xanımın açıqlaması hamını şoka saldı. Adının çəkilməsini istəməyən xanımın dediyinə görə, sürücülük vəsiqəsi almaq üçün tələb olunan sənədlərin içinə ginekoloq müayinəsi də daxil edilib. Məqsəd isə sürücülük vəsiqəsi almaq istəyən qadının bakirə olub-olmadığını “yoxlamaq” imiş.

Bu tələbin məntiqini və məqsədini anlamaqda acizik. Bu yöndə daxil olan məlumatlarsa təəccübümüzü daha da artırdı. Belə ki, Ədliyyə Nazirliyi və Dövlət Miqrasiya Xidmətinə işə qəbul zamanı da qadınlardan bakirəlik haqqında arayış – daha dəqiqi, ginekoloq müayinəsi tələb edilir...

Dövlət orqanlarında sağlamlıq haqqında arayışın tələb olunması anlaşılandır. Amma məhz ginekoloq müayinəsi... absurd deyilmi?

Avtomobil idarə etməklə bakirəlik arasında hansı “əlaqə”lərin olduğunu anlamaq da əslində çox çətindir. İstənilən halda, belə bir sənəd tələb edilirsə, bu, həm gender bərabərliyinin, həm də vətəndaşın intim həyatının gizliliyi hüququnun kobudcasına pozulması deməkdir.

Cinsindən aslı olmayaraq, hər kəsdən işlədiyi və ya iş üçün müraciət etdiyi müəssisədə cinsi həyatı barədə hesabat tələb edilməsi qanunvericiliyə ziddir. Məntiqi əsaslandırmaya gəlincə, Aristotel belə bu sənədi tələb edənlərin “müdrik”liyi qarşısında acizdir.

Mövzu ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Publika.Az-a danışıb. Onun sözlərinə görə, heç bir idarə və ya müəssisədə qadının yaşı, onun bakirə olub-olmaması soruşula bilməz:

“O cümlədən, işə götürülən vətəndaşdan bakirəlik arayışının tələb edilməsi heç bir qanunvericilik aktında göstərilməyib. Sürücülük vəsiqəsi üçün tələb edilən sənədlərin içində sağlamlıq haqqında arayışın olması vacibdir. Bu isə bakirəliyi deyil, ümumiyyətlə, orqanizmin sağlam olub-olmamasını nəzərdə tutur”.

Qeyd edək ki, məsələ ilə bağlı münasibətini öyrəndiyimiz dövlət qurumlarından xəbərin həqiqətə uyğun olmadığını bildirdilər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətininin şöbə rəisi Orxan Mansurzadə bildirdi ki, iş yerlərində və ya sürücülük vəsiqəsi üçün bakirəlik haqda sənədin tələb edilməsi cəfəngiyyatdır:

“Bu həm məntiqə, həm də qanunvericiliyə ziddir. Konkret olaraq, Daxili İşlər Nazirliyinə işə qəbul edilən qadınlardan belə bir sənəd heç vaxt tələb edilməyib. Sürücülük vəsiqəsinə gəlincə, sağlamlıq haqqında sənəd təkcə qadınlardan yox, həm də kişilərdən istənilir”.

Müsahibimiz qeyd etdi ki, bakirəlik sənədi tələb olunan qadın həmin müəssisə haqda lazımi orqanlara informasiya verməlidir.

Ədliyyə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Aydın Bağırzadə də informasiyanın yalan olduğunu deyir:

“60 yaşında qadınlar da sürücülük vəsiqəsi üçün müraciət edə bilər. 60 yaşında qadın sizcə, bakirə ola bilərmi ki, ondan belə bir sənəd istənilsin?”

Konkret olaraq, Ədliyyə Nazirliyinə işə qəbul zamanı, xanım vətəndaşlardan bakirəlik haqqında sənəd tələb olunması xəbərinə A.Bağırzadə sərt reaksiya verdi. O bildirdi ki, çalışdığı qurum “vətəndaşlara evlilik yox, iş təklif edir və iş üçün müraciət edən vətəndaşın cinsi həyatı, burada heç kimi maraqandırmır”.

Səhiyyə Nazirliyinin mətbuat xidməti rəhbərinin müavini Səfayə Məmmədova isə deyir ki, hansısa dövlət müəssisəsindən belə bir müraciət edilərsə, onların vəzifəsi müraciət əsasında tibbi xidmət göstərməkdən ibarət ola bilər:

“Həkimlər həmin müəssisənin daxili işlərinə qarışa bilməzlər. Hələ ki, biz bu kimi müraciətlə qarşılaşmamışıq. Sürücülük vəsiqəsinə gəlincə, yalnız sağlamlıq haqqında kağızın tələbi qanunvericiliyə uyğundur.”- deyə Səfayə Məmmədova bildirib.

Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti isə mövzuya münasibət bildirməkdən imtina etdi.

Mövzu ilə bağlı müraciət etdiyimiz rəsmi qurumlar informasiyanın doğruluğunu təkzib etdikdən sonra bu barədə bizə danışan xanımlarla təkrar əlaqə saxladıq. Onlar isə sübut kimi ginekoloji müayinədən keçdikləri tibb mərkəzinin ünvanını da göstərdilər: Binəqədi rayonu, 10 saylı poliklinika.
Mövzuya qayıdacağıq. dle
Reklam
BU XƏBƏRƏ FACEBOOK-DA ŞƏRH YAZ
ZİYARETÇİ YORUMLARI
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.