Bakı metrosunda həyəcan

Bakı metrosunda həyəcan


Bu gün saat 12 radələrində Bakı metropolitenində sərnişinlər gərgin anlar yaşayıb. Bu barədə ANS PRESS-in “qaynar xətti”nə bildirilib.

Verilən məlumata görə, hadisə “Gənclik” metrostansiyasında baş verib. Qatar platformada hərəkətsiz dayanıb və bir müddət sonra sərnişinlər qatarlardan düşürdülüb. Nəticədə stansiyada sərnişin sıxlığı yaşanıb.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin ANS PRESS-ə açıqlamasında hadisənin texniki nasazlıq səbəbindən baş verdiyini bildirib.

“İçərişəhər”-“Həzi Aslanov” stansiyaları istiqamətində hərəkət edən 16 saylı qatarda problem yaşanıb. Qatar hərəkət edə bilməyib. Nəticədə sərnişinlər evakuasiya olunub. Köməkçi qatar vasitəsilə həmin nasaz qatar xətdən çıxarılaraq depoya göndərilib.

“Hadisə nəticəsində qatarlar arasında fasilə 10 dəqiqəyədək artıb. Həmin interval 2 saat ərzində bərpa olunacaq”, - deyə Nəsimi Paşayev bildirib.


Mənbə
ANS PRESS dle
Reklam
BU XƏBƏRƏ FACEBOOK-DA ŞƏRH YAZ
ZİYARETÇİ YORUMLARI
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.