SƏNİ MƏN YAZDIM

  • 14-04-2014, 00:15
  • 3 Şərh
  • 264 -dəfə oxunub
  • kavkaz_love
SƏNİ MƏN YAZDIM

Səni mən yazdım
səkidəki daşlara
həmişə səni axtardım
gəzdim küçələri
sıxlıq prospektlərində
yosun qoxulu sahillərdə
qum dənəsi kimi tək
səni gördü gözlərim
baxdığım hər yerdə
hara toxunsa
sənə dəydi əllərim

Səni mən yazdım
səkidəki daşlara
hüzzam mövqesindəki axşamların
şərab iy verən çılpaq gecələrindən
sənə qaçdım dəli tərəfindən
bir yanardağdan
çaya axan lava kimi
əl edər kimi idin mənə
o soyuq daş binaların
boş pəncərələrindən


Səni mən yazdım
səkidəki daşlara
atəş gülləri qucaqladım
sənə doğru əsən
küləyin qanadlarına
yenə bu səhər erkən
oturduğum parkdakı

qırıq qanadlı göyərçin
hovuzdan su içərkən

HALAL ETMİRƏM!!


Imza kavkaz_love
dle
Reklam
BU XƏBƏRƏ FACEBOOK-DA ŞƏRH YAZ
ZİYARETÇİ YORUMLARI
Пользователь offline Lady SHARM 14 aprel 2014 04:00
SEIRI BEYENDIM ELADIR COX SAGOLUN
  [spam]Спам[/spam]        3
Пользователь offline Deli DoluYaM 14 aprel 2014 01:06
xeberi atanda gozel gorunmesi ucun giflerden istifade etsez yaxsi olar
  [spam]Спам[/spam]        2
Пользователь offline KaYF 14 aprel 2014 00:22
aye yetim super

Səni mən yazdım
səkidəki daşlara
atəş gülləri qucaqladım
sənə doğru əsən
küləyin qanadlarına
yenə bu səhər erkən
oturduğum parkdakı
qırıq qanadlı göyərçin
hovuzdan su içərkən
--------------------
  [spam]Спам[/spam]        1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.