YATARKƏN ÖLÜMÜNÜZÜ SÜRƏTLƏNDİRMƏYİN!

YATARKƏN ÖLÜMÜNÜZÜ SÜRƏTLƏNDİRMƏYİN!

Bel və boyun ağrıları günümüzdə insanların şikayət etdiyi problemlərin önündə gəlir. Xüsusən kompüter istifadəçilərinin sayı artdıqca bel və boyun ağrılarından şikayət edənlərin də sayı artır. Bel və boyun ağrıları ağır yük qaldırmaq, yanlış və ani sərt hərəkətlər etmək, artıq çəkili olmaq, fiziki və zehni işlərlə məşğul olmaq kimi səbəblərdən baş verir. Bunlarla yanaşı, yanlış yataq və yastıq istifadəsi də bu problemə yol açır. Bədən şəklinə uyğun olmayan yataq və yastıqlar onurğaya təzyiq göstərərək, boyun və bel ağrılarına səbəb olur. Xroniki hala çevrilən bu ağrılar onurğada ciddi zədələrlə, yırtıqlarla nəticələnə bilər.

Yanlış yataq yırtıq əmələ gətirir

Doğru yataq və yastıq seçimi bel və boyun sağlamlığı üçün çox önəmlidir. Çox yumşaq olan yataqlar bel ağrılarına səbəb ola bilər. Buna görə, tam ortopedik, ya da yarım ortopedik yataqlar alın. Yatarkən başın yatağa paralelliyini təmin edən, yan üstə yatarkən çiyin və boyun boşluğunu doldura biləcək orta sərtlikdə yastıqlar seçməlisiniz. Zəif insanlarda bel yırtığı yaranması riski daha çox olduğundan mütəxəssislər üz üstə yatmamağı məsləhət görürlər. Bel və boyun sağlamlığınızı düşünürsünüzsə, yan, ya da arxası üstə yatmağa çalışın. Yox, əgər üz üstə yatmağa öyrəşmisinizsə, başqa cür yuxunuz gəlmirsə, o zaman qarnınızın altına yastıq yerləşdirib, beldə çuxur əmələ gəlməsinin qarşısını ala bilərsiniz.
dle
Reklam
BU XƏBƏRƏ FACEBOOK-DA ŞƏRH YAZ
ZİYARETÇİ YORUMLARI
Пользователь offline IFRAT_fan 19 aprel 2014 08:38
eladi soz ola bilmez full
--------------------
harda olursan ol men olan yerde agilli ol
  [spam]Спам[/spam]        3
Пользователь offline R_o_M_A_79 13 aprel 2014 10:12
love ELADIRRRRRRRRRRR NE GOZEL
  [spam]Спам[/spam]        2
Пользователь offline KaYF 13 aprel 2014 09:29
HEYATİMMMMMMM
--------------------
  [spam]Спам[/spam]        1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.