Medalları alına bilər - Olimpiya şoku

Medalları alına bilər - Olimpiya şoku




Maykl Felps London Yay Olimpiya Oyunlarında qazandığı bütün medallardan məhrum edilə bilər. Olimpiya.az-ın məlumatına görə, olimpiadadan sonra karyerasını başa vurduğunu bildirən üzgüçü Fransa moda evinin ötən həftə işıq üzü görən fotosessiyasında iştirak edib.

Məsələ burasındadır ki, Beynəlxalq Olimpiya Komitəsinin qaydalarına görə, idmançı olimpiadada iştirak etdiyi ərəfədə biznes layihələrinə qatıla bilməz. Bu isə o deməkdir ki, Felpsi gözləyən cəzalardan biri Londonda qazandığı 6 medalın əlindən alınmasıdır.

Qeyd edək ki, son 3 olimpiadada 18 qızıl, 2 gümüş və 2 bürünc medala yiyələnən 27 yaşlı amerikalı atlet Londonda ikisi komanda yarışı olmaqla, 4 qızıla və 2 gümüşə sahib çıxmışdı. dle
Reklam
BU XƏBƏRƏ FACEBOOK-DA ŞƏRH YAZ
ZİYARETÇİ YORUMLARI
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.