2014-cü ildə Futbol üzrə Dünya Çempionatının bütün iştirakçıları bəlli oldu

2014-cü ildə Futbol üzrə Dünya Çempionatının bütün iştirakçıları bəlli oldu


2014-cü il iyunun 12-dən iyulun 13-dək Braziliyada keçiriləcək futbol üzrə XX dünya çempionatının final turnirinin iştirakçıları olan 32 yığma komandanın hamısı müəyyən olunmuşdur. Braziliya yığması çempionatda iştirak etmək hüququnu turnirin ev sahibi kimi qazanmış, qalan 31 komanda isə seçmə matçların yekunlarına əsasən müəyyən olunmuşdur.
Avropanı dünya çempionatında 13 komanda – İngiltərə, Belçika, Bosniya və Herseqovina, Almaniya, Yunanıstan, hazırkı dünya çempionu İspaniya, İtaliya, Niderland, Portuqaliya, Rusiya, Fransa, Xorvatiya və İsveçrə yığmaları təmsil edəcəkdir.
Dünya çempionatında Cənubi Amerikanı Braziliya yığmasından başqa Argentina, Kolumbiya, Meksika, Uruqvay, Çili və Ekvador yığmaları təmsil edəcəklər. Afrika beş yığma ilə təmsil olunacaqdır - Əlcəzair, Qana, Kamerun, Kot-d'İvuar və Nigeriya.
Asiyadan dünya çempionatına cəmi üç komanda vəsiqə qazanmışdır: İran, Koreya Respublikası və Yaponiya. Asiya regionunun seçmə turnirində oynayan Avstraliya yığması da final mərhələsinə yol tapmışdır.
Şimali və Mərkəzi Amerika və Karib Dənizi Hövzəsi Ölkələri Futbol Konfederasiyası adından turnirə Honduras, Kosta-Rika və ABŞ komandaları qatılacaqlar. Dünya çempionatının final turnirinin püşkatma mərasimi 2013-cü il dekabrın 6-da Braziliyanın Kosta-du-Sauipe kurort şəhərində (Baiya ştatı) yerli vaxtla 13.00-da (Bakı vaxtilə 19.00-da) keçiriləcəkdir.
Braziliyada dünya çempionatı ölkənin 12 şəhərində - Rio-de-Janeyro, Resifi, Salvadore, San-Paulu, Portu-Aleqri, Manause, Fortaleze, Natale, Belu-Orizonti, Brazilia, Kuyabe, Kuritibe şəhərlərində keçiriləcəkdir. Yarımfinal görüşləri Belu-Orizonti şəhərinin “Mineyran” və San-Paulu şəhərinin “Arena Korintians” stadionlarında, həlledici görüş isə Rio-de-Janeyronun “Marakana” stadionunda keçiriləcəkdir.
dle
Reklam
BU XƏBƏRƏ FACEBOOK-DA ŞƏRH YAZ
ZİYARETÇİ YORUMLARI
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.