Röya: “Açıq geyinsəm, həyat yoldaşım dalaşar” Video

Röya: “Açıq geyinsəm, həyat yoldaşım dalaşar” Video



Müğənni Röya Ayxan qonaq olduğu “Gülbən” verilişində maraqlı açıqlamaları ilə diqqət çəkib.

Sənətçi Gülbən Ərgənin “Niyə qalın corab geyinmisən?” sualına belə cavab verib:

“Efirə gəlməzdən əvvəl sizin studiyaya baxdım. Oturacağın hündür olduğunu gördüm. Əgər açıq rəngli corab geyinsəydim, həyat yoldaşım mənlə dalaşacaqdı. Zəng edib o qədər söz deyəcəkdi ki...”.

Sənətçi Türkiyə şou-biznesinə qatılaraq böyük yükün altına girdiyini bildirib:

“Türkiyə şou-biznesinə qatılmağa tərəddüd edirdim. Çox böyük yükün altına girdim. Burada sevilən müğənnilər çoxdur, onlar arasında belə uğur qazanacağımı bilmirdim”.

Verilişin aparıcısı və müğənni Gülbən Ərgən Röyanın səsini çox bəyəndiyini deyib:

“Sənin kimi ifaçını tanımağıma sevindim. Yolun açıq olsun. Gözəl səsin və şirinliyin var”.



dle
Reklam
BU XƏBƏRƏ FACEBOOK-DA ŞƏRH YAZ
ZİYARETÇİ YORUMLARI
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.