ŞOK:Azərbaycanda ər arvadı ilə gəzən dostunu öldürdü!

ŞOK:Azərbaycanda ər arvadı ilə gəzən dostunu öldürdü!



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qəsdən adam öldürməkdə təqsirli bilinən Şabran rayon sakini, 1983-cü il təvəllüdlü Xəyyam Pənahovun məhkəməsi başlayıb.

Ittihama görə, bu ilin fevralın 29-da Şabran şəhərində 29 yaşlı Şakir Şükürov qətlə yetirilib. Şabran rayon polis şöbəsi tərəfindən aparılan araşdırmalar zamanı müyyən edilib ki, Şakir Şükürovu dostu Xəyyam Pənahov qətlə yetirib. Onu da əlavə edək ki, qətlə yetirilən Şükran Şükürov narkotik aludəçisi olub.

İstintaq müəyyən edib ki, Şükran Şükürov dostunun evinə gedib-gəlib. Bu gediş-gəlişi sonucunda onun Xəyyam Pənahovun həyat yoldaşı ilə münasibətləri qurulub. Onların arasında yaranan münasibət vaxt geçdikcə daha da istiləşib. Şükranın dostunun həyat yoldaşı ilə açıq zarafatlar etməsindən sonra araları da daha da açılıb. Bir gün Şükran Xəyyamın arvadı ilə cinsi əlaqədə olmaq istəyib və bu, qadının etrirazına səbəb olmayıb. Dostunun evdə olmamasından istifadə edən Şükran qadınla cinsi əlaqədə olub. Onların bu münasibəti bir xeyli çəkib.


Xəyyam Pənahovun evdə olmadığı vaxt Şükranın onlara gəlməsi, hətta gecələr də onlarda qalması qonşuların diqqətini çəkib. Şükran Şükürovun bir neçə dəfə Xəyyam Pənahovun evindən səhər saatlarında çıxması rayon sakinlərinin dilində dolaşıb. Bir xeyli rayonda gəzən bu söz-söhbət Xəyyam Pənahova da çatıb.


Dostunun arvadı ilə arasında olan münasibətləri öyrənmək məqsədilə evini güdüb. Sonda yayılan söz-söhbətlərin həqiqət olduğunu görüb.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Xəyyam Pənahov törətdi cinayətin təfərrüatlarını açıqlayıb. Dindirilmə zamanı o etdiyi əməli boynuna alıb və qətli qısqanclıq zəmnində törətdiyini bildirib.

Xəyyam Pənahov arvadı ilə Şakir Şükürov arasında əlaqə olduğundan şübhələnib və onu izləyib. İmkan tapan kimi Xəyyam Pənahov Şakir Şükürova yaxınlaşıb və onu köynəyinin qolu ilə boğub. Daha sonra isə bıçaqlayıb. Məhkəmə davam edir. dle
Reklam
BU XƏBƏRƏ FACEBOOK-DA ŞƏRH YAZ
ZİYARETÇİ YORUMLARI
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.