Millət vəkilindən Elnur Məmmədliyə sərt ittihamlar

Millət vəkilindən Elnur Məmmədliyə sərt ittihamlar


“…Görünür, bəzilərini çox əzizləmiş, qədərindən artıq sevmişik!”

Rəsmi dövlət qəzeti olan “Azərbaycan”ın baş redaktoru, deputat Bəxtiyar Sadıqov London olimpiadasında iştirak edən idmançılarımız haqqında məqalə yazıb.

“Zəhmət, etimad və məsuliyyət” başlıqlı məqalədə məğlub olan idmançılarımız tənqid atəşinə tutulub. Bəxtiyar Sadıqov xüsusilə Elnur Məmmədlini hədəf alıb: “Təəssüf ki, yarışlara hazırlıq mərhələsində kifayət qədər tər tökərək məşq etməyənlər, əvvəllər qazandıqları titullarına güvənərək asan qələbəyə bel bağlayanlarda vardı! Azərbaycan cüdoçuları London Olimpiya Oyunlarında ipponla məğlubiyyətə uğradılar! Bu məğlubiyyətin səbəbi nə idi?”

Bəxtiyar Sadıqov ad çəkməsə də, Cüdo Federasiyasının prezidenti, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovu da tənqid edib: “Yəqin ki, idman mütəxəssisləri, sahəyə cavabdehlik daşıyanlar təhlil və araşdırma apararaq düzgün nəticələr çıxaracaq və müvafiq qərarlar qəbul olunacaq! Necə deyərlər, məsələnin bu cəhəti bizlik deyil! Bizi daha çox mənəvi amillər, etik prinsiplər düşündürür və narahat edir. Azərbaycan bayrağı altında yarışlara qatılan hər kəsin qazandığı nəticə onun “şəxsi işi” sayılmır…

…Nədənsə London olimpiadasında tatami üzərinə çıxan cüdoçularımızda bir süstlük, gözlərində isə qorxu və məğlubiyyətlə barışmaq nişanələri sezilirdi! Onlarda fədakarlıq, tam gücü ilə mübarizə aparmaq istəyi müşahidə olunmurdu. Məşhur bir deyim var: dünənki işinə görə sağ ol, bugünkünə cavab ver. Pekin olimpiadasında Elnur Məmmədli qazandığı qızıl medalla özünə və Azərbaycana şöhrət gətirdi. Bu dəfə də Elnura böyük ümid bəslənirdi. Özü də “qızıl medal gətirməyə gedirəm” deyə vəd vermişdi. Amma… Ulduz xəstəliyi yaman pis şeymiş. Boks üzrə dünya çempionu və olimpiya oyunları mükafatçısı Ağası Məmmədovu da cızığından çıxararaq başqa səmtə apardı. Yüksək ranqlı idmançılar üçün doğma yer “idman zalı” sayılır. O, siyasi tədbirlərdə, təntənəli mərasimlərdə, iaşə obyektlərində nadir hallarda görünməli, tamaşaçıları özünə həsrət qoymalıdır! Idmançının bədənindən zədə, tər qoxusu əskik olmamalıdır! Allah vergisinə və keçmiş uğura güvənib arxayınlaşmaq tezliklə məğlubiyyətə yuvarlanmaq deməkdir. Indi ildə 300 gün və gündə bir neçə dəfə məşq edən istedadlar qalib gəlirlər! Addan və tituldan qorxmayaraq döyüşənlər qalib, asan qələbəyə inananlar isə məğlub olurlar!..

…Görünür, bəzilərini çox əzizləmiş, qədərindən artıq sevmişik!”. dle
Reklam
BU XƏBƏRƏ FACEBOOK-DA ŞƏRH YAZ
ZİYARETÇİ YORUMLARI
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.